İNSAF EYLƏ (qəzəl)
İnsaf eylə,dön geri,qoyma gedə can,sərvərim,
Keçməyir sənsiz zaman,əsrə dönüb an,sərvərim. Badeyi-eşqin içim,qoy məst olum mən sevgidən, İstəyimdir,olmasın bir gecəm əfqan,sərvərim. Məh camalın yandırır,dağlar çəkir hər dəm mənə, Qıyma ki,mən tək yanım,sən də alış,yan ,sərvərim. Sünbüli-müşkün yenə sal boynuma,öldür məni, Nə qədər dözmək olar,qəlbim olub qan,sərvərim.!? Sevgi məktəbində mən çox dərsdən əla almışam, Axtarıb sevgimdə sən tapmazsan nöqsan,sərvərim. Hər nə dersən razıyam,gəl istərsən,al canımı, Bircə anlıq könlümü eylə də xəndan,sərvərim. Eşq təxtində otur,səcdə qılım mən də sənə, Özünə Fədakarı bir kölə,qul san,sərvərim. |