GÖRÜŞ
Bir yay gecəsiydi, hava qaranlıq,
Qovuşdu qəlbimiz sanki bir anlıq. Çoxdanın həsrəti silinib getdi, Elə bil kainat bizimçün itdi. Döyündü, bir vurdu ürəyimiz də, Donduq həyacandan, duruxduq biz də. Bir müddət dinmədik sakit gecədə, Nağıla bənzərdi gör bi necə də. Pozdu sakitliyi vuran qəlbimiz, Yuxudan ayıldıq, elə bil ki, biz. Lal kimi baxışdıq bir müddət belə, Dinməyə çatmırdı cürətim hələ. Elə bilməyin ki, sözüm yox idi, Yox, sözüm qəlbimdə həddən çox idi, Söhbəti açmağa imkan da vardı, Deyib-danışmağa vaxt da çatardı. ...Lakin, nə yar dindi, nə mən o gecə, Görüş başa çatdı sakit, gizlicə. Deyin, bir ehtiyac vardırmı sözə, Nə vaxt ki dikilib sevən göz-gözə!? Bizim də “dinirdi” yalnız gözümüz, Dilsiz də çatırdı qəlbə sözümüz. Dinib-dinməsək də bu görüşdə biz, Qovuşdu ömürlük sevən qəlbimiz. |