KÖNLÜM NİGARANDI...
Könlüm nigarandı, könlüm intizar,
Bir ala gözlünün sorağındayam. Məcnunam, qalmayıb bir səbrü-qərar, O Leyli üzlümün fərağındayam. Gəzirəm dünyanı divanə kimi, Eşqim ad çıxarıb əfsanə kimi. Yanıram od tutub pərvanə kimi, Bir ülvi sevginin çırağındayam. Möhtacam yenə də gül üzlü yara, Bəs nə vaxt dərdimə o edər çara? Sanki atılmışam indi kənara, Sevgi dəryasının qırağındayam. Ayrılıq üzündən rəngim saralıb, Onsuz ürəyimdə dərd yuva salıb. İndisə ümidim tək ona qalıb, Fəda, ona söylə, ayağındayam. |
Onsuz ürəyimdə dərd yuva salıb.
İndisə ümidim tək ona qalıb,
Fəda, ona söylə, ayağındayam.
Güzel şiirinizi beğenerek okudum şair arkadaşım.
Yürek sesiniz hiç susmasın.
Sağlıcakla kalınız...