ARASINDA
Könlümü odlara salan gözəlin
Ləbləri qönçədir, bal arasında. Gözləri mavidir dənizlər kimi, Qaşları qaradır, xal arasında. Sürməsi gözündə, xına əlində, Ənliyi-kirşanı yerli-yerində. Gümüşü kəməri incə belində, Bədəni qumaşla şal arasında. Bahara bənzəyir hər bir gəlişi, Ruha qida verir incə gülüşü. Qəlbləri oynadır nazlı yerişi, Dolanır yaşılla al arasında. Nola gülşəninə düşə güzarın, Mehmanı olasan belə bir yarın. Tül köynək altında qoşa, şux narın Ömürlük məskəni sal arasında. Bir canan görmədim bu nigar kimi, Yanağı lalədir, buxaq qar kimi. Saçları dağınıq buludlar kimi, Fədakar, sən də öl, qal arasında. |
Üreğin şad qelemin keskin olsun
_____________________________________________Salam olsun ustaya ve Ata torpaxıma