AXTARIRAM
Yetişib xəzanım, gedib baharım,
Tükənib sevincim, artıb qübarım. Gedib həyatımdan gül üzlü yarım, Halıma ağlayan göz axtarıram. Elə bil həyatda tənha qalmışam, Yağış buluduyam, sanki dolmuşam. Ürəyim yuxalıb, kövrək olmuşam, Qəlbimi oxşayan söz axtarıram. Sevdalı günlərim düşür yadıma, Ürəyim alışır, yanır oduma, Dünya yığılsa da çatmaz dadıma, Ocağı söndürüb köz axtarıram. Xoş anım səninlə gedibdi, gülüm, Sevgi təşnəsiyəm, quruyub dilim. Hicranın eybi yox, olmasın ölüm, İtirmişəm səni, döz, axtarıram. |
Kutluyorum kalemi Beğeniyle okudum
Yüreğine sağlık
______________________________________________Saygılar