BEN ADAM DEĞİLİM
***
Bir həyat tablosu gözümə taxılı. Bulanıq boyalar üstünə yaxılı. * Hər soru bir cizgi, hər cizgi bir soru. Doğrular yamyaşıl, yalanlar sapsarı * Arxada uzaqlar bozumtul fon verir. Qaramtıl duyğular ağlıma yön verir. * Qarışıq xətləri- gileylər güzarlar, Yapraksız ağaclar, topraksız məzarlar. * Şaftalı rənginə açılan sabahlar, Mavidən o yana qımışan günahlar. * Bir burum göy duman- babamın ocağı, Köz kimi işartı- anamın qucağı * Sonu yox əvvəli nə qanır varlığım, Usanmış ruhuma qapanır varlğım. * Ya həyat,ya ölüm, ortada veyiləm, Nöqtəyəm uzaqda... Mən adam deyiləm. *** |
Yüreğine kalemine sağlık
İlhamın bol olsun
____________________________________________Saygılar selamlar