ÖLÜM
***
(" ölümə oxuduğum nəğmələr" dən) *** Böyrümdə,başımd a çox dolanırsan, Pusursan yolumu xəlvətə salıb. Bəzən ürəyimin sancılarında Qapımı döyürsən içimə dalıb. * Gəzirsən dalımca qarabaqara, Boynumda nəfəsin alışıb yanır. Sənin şakərindi mənim taleyim, Öldürmək həvəsin alışıb yanır. * Yerini,yurdunu arasan,sorsan, Deyirlər " qaş ilə göz" arasında. Qumaşa,ətlasa sığmayan canı Alırsan beş arşın bez arasında. * Səninlə qorxudur güclü zəifi, Nahaqdan ya haqdan cəza olursan. Yatana yetməyib,yetənə yetib, Qədərə,qismətə qəza olursan. * Zəhmin nə ağırmış əcəl donunda, Hüsnün sıfatlarda sarıya çalır. Elə ki,oturdun şahlıq taxtına, Al əlvan nə varsa,qaraya çalır. * Yüz cənnət vəd etsə Yaradan,əsla, Ömrün bir anının hənəsi deyil. Ən mükəmməlisən ayrılıqların, Sən varkən bir kimsə dönəsi deyil... * Sənə nifrətim var bilsən nə qədər, Sən məni sındırdın,sən məni əydin. Bu dünya,yaşamaq öylə gözəl ki... Keşgə həyat nədir sən də biləydin. * Keşgə seyr edəydin günəş doğanı, Yaşıl yapraqların şehi olaydın. Gəlinlər qaxmamış öz yatağından, Sabahın səpsərin mehi olaydın. * Aylı gecələrin səssizliyinə Gözünü yumaydın sən də mənim tək. Asıb yuxuları kipriklərindən, Şəfalar umaydın sən də mənim tək. * Zulmat gecələrin atəşböcəyi- İstisiz,alovsuz keşgə yanaydın. Dönüb məhəbbətin xülyalarına Bir qızın gönlündə alovlanaydın... * Qara çadırların hüznündən çıxıb Bəyaz çadırlarda büsat olsaydın. Zamanı çevirib əbədiyyətə Keşgə ölüm deyil həyat olsaydın! *** |
İstisiz,alovsuz keşgə
yanaydın.
Dönüb məhəbbətin xülyalarına
Bir qızın gönlündə
alovlanaydın...
*
Qara çadırların hüznündən
çıxıb
Bəyaz çadırlarda büsat
olsaydın.
Zamanı çevirib əbədiyyətə
Keşgə ölüm deyil həyat
olsaydın!
***
Çox gözel anlamlıydı severek oxudum
Ürey sesin heç susmasın
__________________________Salam usta