BANA SHAIR DEMEGIN...
***
İsmimi sorarsınız, Milyonlardan biriyəm. Bircə loxma bəsimdir Acıxdımsa kiriyəm. Hələ canım suludu, Hələ varam,diriyəm. Aldırmasın bu könül, Təntiməsin yaş,deyin, Mənə şair deməyin, Mənə vətəndaş deyin. * Gün apardı dənimi, Qovrulmayır qorğası, Zamana süvar oldum, Yordu məni yorğası, Hesabsız xətalarım Qulağımın sırğası. Qəbahətim,qüsurum Duyulur,yavaş deyin, Mənə şair deməyin, Mənə vətəndaş deyin. * Çəkingənəm,bu halim Uğurumu korladı, Bakirə qədərimi Həyat bivaxt zorladı, Yemədim,pətəyimdə Balım qaldı,xarladı. Ərk eləyin,varımdı Gözüm üstə qaş,deyin, Mənə şair deməyin, Mənə vətəndaş deyin. * Tiranlar öldü getdi, Zülm,zillət bitmədi, Üzümdən köləliyin Qaraları getmədi, Bir çimi çevirməyə Fərasətim yetmədi. İnsan oldum,nə fayda... Torpaq deyin,daş deyin, Mənə şair deməyin, Mənə vətəndaş deyin. *** |
Değerli şair.
Okudum kendimi buldum güzel dizelerinizde.
Selamlar saygilar.