SARALIR YAPRAKLAR SEN QOCALIRSAN
***
İl keçir,həyatın tamı dəyişir, Kif basır,evinin damı dəyişir, Gözündə,gönlünd ə hamı dəyişir, Saralır yarpaqlar... Sən qocalırsan, Düşür saçlarına dən,qocalırsan. * Susur civiltisi göyərçinlərin, Arxanca hıçqırır keçən günlərin, Yazın sıcağında havalar sərin, Buludlar yağır qar... Sən qocalırsan, Düşür saçlarına dən,qocalırsan. * Acılar döyükür çanaqlarında, Yaşlar yumrulanır yanaqlarında, Evindən çəkilir qonaqların da, Dünya başına dar... Sən qocalırsan, Düşür saçlarına dən,qocalırsan. * Sərgərdan,səfil sən,səba kimisən, Lelesi köç etmiş oba kimisən, Sevdali qızlara baba kimisən, Hər şeyin vaxtı var... Sən qocalırsan, Düşür saçlarına dən,qocalırsan. *** |
Yaşlar yumrulanır yanaqlarında,
Evindən çəkilir qonaqların da,
Dünya başına dar...
Sən qocalırsan,
Düşür saçlarına dən,qocalırsan.
Sacına den düşür qocqlırsan
ax o qoçalığ adam uşaxlaşır qocqlqnda gözeldi şiir kutladım usta
Salam