BİR SEVDANIN TARİHİ
***
("Hatıralar sokağı"ndan) *** Sabah olur,günəş doğur üzümə, Üfüqlərin cizgiləri apaydın. Xəyalımdan geçən o şey nədir ki... Keşgə indi sən yanımda olaydın. * Geçənlərin salamını alıram, Kimi cavan,kimi yaşlı,ixtiyar. Gözləyirəm,geçə nlərin içində Bəlkə,bəlkə sən bildiyim o qız var. * İlk dəfəydi görüşürdük səninlə, Qaldırımlar onda hələ darıydı. İlk bahardan son bahara gedən yol, İşıqları yaşılıydı,sarıy dı. * Aramızdan su geçməzdi,o qədər... Yolun ucu,yolun sonu bizimdi. Mevsimləri unutmuşduq başından, Yazın şehi,qışın donu bizimdi. * Divar boyu çil gilaslar şəllənib, Tumurcuqlar topa topa.Bahardı. Bir zamanlar əydiyimiz dalları Martın soyuq rüzgarları qopardı. * Nə vaxt bitdi xatirələr dəftəri, Varaqların bəyaz üzü qalmadı. Mən geçikdim,sən tez getdin,tələsdin , Yanaqlarda dodaq izi qalmadı. * Yaşıl, sarı işıqları sökdülər, Divarların yazısı da silindi. Mən gəzincə xəyalların peşində, Ayıldım ki,adın daha gəlindi. * Bir sevda da sona erdi xəbərsiz, Gizlin getdi,əlvidası olmadı. Soru qoydun sətirlərin başına, Ya nöqtəsi,ya nidası olmadı. * İndi hər gün o yerlərə gedirəm, Sanki,məni gözləyənlər var kimi. Məhəbbətin intizarı gözümdə, Acıları saçlarımda qar kimi. * Geçənlərin salamını alıram, Biri çavan,biri yaşlı,ixtiyar.. . Gözləyirəm,geçə nlərin içində, Bəlkə,bəlkə sən bildiyim o qız var. *** |
Güzel şiirdi
Tebrikler.