0
Yorum
1
Beğeni
5,0
Puan
1140
Okunma
İçiçə yığılmış sirli qutular-
Həyat,
Zaman,
Ömür...
Tanrı uçgəni.
Dorsuz gəmilərdi,göyər təsində
Alıb üfüqlərə götürür məni.
Qüvvətin qüdrətə yalvarışları,
Hızın sükunətə inadı-həyat.
Dənizin sıçrayan bir damla suyu,
Bəzən bir kəpənək qanadı həyat.
Rəngli qutusunda son kibrit
çöpü...
Arxamda qaxsımış,qoxumu ş
zaman.
Yarım siqaranın boz tüstüsündə
Sanki,siyah bəyaz yuxuymuş
zaman.
Sığmır qucağına bu qışın umud,
Dönüb şaşqın şaşqın üzümə
baxır.
Ömrün bu başında yaz
yağmurları,
Ömrün o başında şimşəklər çaxır.
Üşüyür hisslərim,duyğu larım
buz,
Dalğın fikirlərim qum dənələri.
Ömür fəna yerə baxtımdan alıb
Fırladır çöplüyə boş sənələri.
Ləzzətdən duyduğum
məmnunluq hanı,
Qumlu səhraların ilğımı kimi
o qədər uzaq ki, əlim yetincə
dağılır boşluğa dağ qumu kimi.
Nə olmuş bilmirəm,bu qış
günündə
aranır içimin küncü bucağı.
Bu yaşın sevgisi yanvar günəşi,
O qızın gönlünə yetmir sıcağı.
Məsum buraxmayır kimsəni
həyat,
Baharın günahı qışdan sorulur.
İçimdən gözümə axan duyğular,
Üzümə süzülən yaşdan sorulur...
Keçir qatarları dəmir yolların,
Kimsə əl sallayır ötəri mənə.
Mənsiz gedənlərin dodaqlarında,
Fit çalır taleyin qatarı mənə.
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.