BİR CAN İKƏN AYRI DÜŞDÜK...
Bir can ikən ayrı düşdük,
Belə sazlana-sazlana. Düşmənlərə fürsət verdik, Yaxşı qazlana-qazlana. Hey bölündü millətimiz, Yağmalandı qeyrətimiz, Çoxalıbdı heyrətimiz, Üzə nazlana-nazlana. Danışırıq min cür sözü, Deyəmmirik doğru-düzü, Paraladı yadlar bizi, Qaldıq izlənə-izlənə. Hardasan ey ulu ərən, Bağlandımı bəndi-bərən? Millət oldu pərən-pərən, İzi tozlana-tozlana. Dünya düşmən olub TÜRKə, Çəkilirik boşa-bərkə, Dolanırıq qorxa-ürkə, Elə bizlənə-bizlənə... 06.01.14. |
Bir can ikən ayrı düşdük,
Belə sazlana-sazlana.
Düşmənlərə fürsət verdik,
Yaxşı qazlana-qazlana.
Hey bölündü millətimiz,
Yağmalandı qeyrətimiz,
Çoxalıbdı heyrətimiz,
Üzə nazlana-nazlana.
Danışırıq min cür sözü,
Deyəmmirik doğru-düzü,
Paraladı yadlar bizi,
Qaldıq izlənə-izlənə.
Hardasan ey ulu ərən,
Bağlandımı bəndi-bərən?
Millət oldu pərən-pərən,
İzi tozlana-tozlana.
Dünya düşmən olub TÜRKə,
Çəkilirik boşa-bərkə,
Dolanırıq qorxa-ürkə,
Elə bizlənə-bizlənə...
06.01.14.
Çox gözeldi qelemin susmasın usta
Salam ata yurduma