BİRİNİ SEVMİŞDİM SƏNƏ BƏNZƏYƏN
***
Birini sevmişdim sənə bənzəyən... Qaşları səniydin,gözü səniydin. Həya qızarardı yanaqlarında, Yanağı səniydin,üzü səniydin. * Birini sevmişdim sənə bənzəyən... Sevmişdim sapsarı çiçəklər kimi. Göklərdən enmişdi sanki indicə, Günahsız,tövbəs iz... Mələklər kimi. * Azğın ehtiras mı,ilahi od mu, Gündüz alışardım,gecə yanardım. Sirli baxışına,təbəss ümünə Canıma can verən kimi danardım. * Dağıdıb saçını rüzgar üzünə, Bütün ömrüm boyu əsərdim,desə. Bir sərçə canına kıyamam,əsla, Yüz adam başını kəsərdim,desə. * Adsız düşlərimə qan çilənərdi, Səmada ulduzlar axıb geçəndə. Alovsuz,atəşsiz tüstülənərdim, Biri qamətinə baxıb geçəndə. * Gönlüm qapıları üzünə açıq, Qapanmaz eşqinə ürək açanda. Onu qulağıma pıçıldamışdı Qədərim, yoncalar çiçək açanda. * Birini sevmişdim sənə bənzəyən... Tıpkı sənin kimi, gözləri mavi. Birini sevmişdim sənə bənzəyən... Tanrı əta etmiş sanki,səmavi. * Qəlbimi sorarsız, bir az özgədir, Küsdü mü,küsünü unutamayır. Sevsə,bircə dəfə sevir içindən, Ama,sevgisini unutamayır. *** |
Yüreğine kalemine sağlık üstad
Yürek sesin susmasın
__________________________________________Saygılar