ÖLÜMÜ ƏLİMDƏ OYNADIRAM MƏN
***
Ömrümün oyunu,oyuncağıd ır, Ölümü əlimdə oynadıram mən. Əzab da, ləzzət də doğmadır mənə, Töküb bir qazana qaynadıram mən. * Elə yaşdayam ki,işim gücüm çox, Neyləsəm arxamda izlərim qalır. Gündüz unutduğum oyunlarımı Gecə ağrılarım yadıma salır. * Hər geçən saatım qorxu,təlaşdı- Dilimdə inilti,qulağımd a səs. Düzülür qarşıma oyuncaqlarım Gedib gəlməyəndə dalbadal nəfəs. * Bəzən fal açıram oyunlarıma, Hər zaman sonunu zülüm görürəm. Əlimin dalını yerə qoyanda Əlimin içində ölüm görürəm. * Bəlkə qaybedərsən bulduqlarını Qədərə oynasan,baxta oynasan. Həm həyat,həm ölüm göz gözə durub, Bitərsən bir anda saxta oynasan... * Ömrümün oyunu,oyuncağıd ır, Ölümü qoynuma alıb yatıram. O qədər yaxınıq,həsbı halıq ki, Qolumu boynuna salıb yatıram. Ölümü qoynuma alıb yatıram. *** |