0
Yorum
1
Beğeni
5,0
Puan
1224
Okunma
Xəzan mövsümüdür mənim
mövsümüm,
Mən təkcə xəzanda özüm oluram.
Günlərlə danışsam bilməzsən
məni,
Kövrəlib yazanda özüm oluram.
Təbiət rəngini dəyişən kimi,
Bir az dəyişmişəm,sarı kimiyəm.
Fikrim səpələnmiş baxçaya,bağa,
Giləsi dağılmış narı kimiyəm.
(...Damağım hər dadı salmaz
eyninə,
Gönlümə üzümün qorası düşmüş.
Gəzdiyim toprağın son
rəngindəyəm,
Baxtıma fırlanıb qarası düşmüş.)
Havanın qoxusu bir özgə türdü,
İçinə sis düşmüş,duman qarışmış.
Günləri,ayları şaşırmışam mən,
Ağlımda elə bil zaman qarışmış.
Hədəflər bəlirsiz,
duman içində,
Gümanlar çovuyub yanından
geçir.
Solğun çiçəklərin mirvari şehi
Süzülüb qəlbimin qanından geçir.
Xəyalım həsrətlə dönüb boylanır
Ömrümdən illəri silən bahara.
Sıppız uclarında əbru şamların
Umud axtarıram gələn bahara.
Qovrulur içimdə həzin duyğular,
Gecələr gündüzə tən gələn günü.
Yüngül payız yeli süpürür yolu,
Yazı yola salıb mən gələn günü.
Sonbahar-
yolumun son duracağı.
Sonbahar-
təntimiş nəfəsim mənim.
Dilimin duyulan son şarkıları,
Dodağımda ölən həvəsim mənim.
xəzan-hazan,son bahar
özüm-kendim
danışsam-konuşs am
kimi-gibi
gilə-tane
qəlb-kalb
tən-eşit
yüngül-hafif
payız-sonbahar
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.