YARIMÇIQ ŞEİR
Qərib, kimsəsiz məzar...
Yağmurların yaladığı, Aram-aram, ağır-ağır qəm-qüssəli küləklərin torpağını daradığı, Yetim məzar! Torpaqlara gömülmüş sən, görən kimsən? Sevdiyinin yollarını gözləyərək açıb önə qollarını gözlərini qapayan gözəlmisən, yarmısan? Soyuq məzar, karmısan? Kimi uddun? Kimi aldın dünyadan? "Oğul" - deyib Əzrayıla canın verən anamısan? Sən, ey məzar, mənim kimi neçə ürək qalamısan? Bəlkə sən də mənim kimi bir əsgərsən? Burda durub həsrət ilə Evə dönmək istəyirsən. |
yüreğim lehçelerinden uzanan sesiniz ne güzel.