AYRILIQ
Atamoğlu, qoy başını dizim üztə,
Ağla ayrılıqda, yıxıl, ağla üzün üstə. Bəlkə yumşaldı ürəyi, bəlkə yumşalmadı heç, Sədd kimi girib araya... Bəlkə yoxdur ürəyi heç. Niyə düşmən olub bizə? Yoxsa zərər görüb bizdən? İllərdən həsrət toxuyur, hər hərfi hicran qoxuyur, Acı-acı qarğış oxuyur, Ayırır bizi-bizdən. Gözümüzü gözümüzdən, Dilimizi sözümüzdən, Özümüzü özümüzdən qoparıb yad eləyir. Əsli, kökü bilinməyir, ama hamı zülümündən dad eləyir. Ayrılığın gücünə bax, qərib olduq ölkəmizdə, Qorxuram ki, qəribləşə, özgələşə, yad görünə kölgəmiz də. Ayrılığın sıyığına duzmu qatdıq? Hər gün bizim yaramıza duz basır. Ocağını, odunumu qaraltdıq? Qızınammır... Hər ötən gün ürəyini buz basır. Ürək deyil ayrılığın sinəsində döyünən, Buz dağıdır, ətrafını ölmüş eşqlər bürüyən. Anaların ağ saçından libas tikib ozünə, Qəriblərin göz yaşıyla, bəzək verib üzünə, Soxur qoşa barmağını həsrət ilə yol gözləyən sevgilinin gözünə. Bəlkə yoxdur heç günahı, onu elə biz yaratdıq, Sevgini ucaltdıq başa, ayrılığı yetim qoyub çölə atdıq. Yer vermədik aramızda, qovduq onu içimizdən. O da indi qisas alır, yıxır bizi içimizdən. |
Çok güzeldi anlatım
Yıkar bizi içimizden zalim ayrılık.............
___________________________________Selamlar