AĞLAMAZ (QƏZƏL)
Kim ki, qəlbində bəslər bir yarı-dildar, ağlamaz,
Yarası olsa da ağır, xəstəi-bimar ağlamaz. Təklikdən, yalqızlıqdan əgər ki, dünya ağlasa, Aşiqi tək buraxmaz gözləri xumar, ağlamaz. Kim ki, haqq sevgini bulmaz, qurumaz yaşlı gözü, Kim bular Haqq yolunu, bil ki, ol sərdar ağlamaz. Eşqinə xain olan görməyəcək heç sədaqət, Ey könül, ağlayar həp vəfasız, yarı-vəfadar ağlamaz. |