HƏSRƏT
Ayrılıq nə yamanmış,
ayrılıq nə ağırmış, Sənsizliyim səninlə keçən günlərimizi köməyimə çağırmış. Vüsal gözlərimdə yaş, hicran yükü ağır daş. Səni məndən alan yollar bir qalxaydı aradan, Kimsəsiz, tək qalan qollar qovuşaydı, sarılaydı kaş. Bir-birinə həsrət gözlər, vüsal gözlər, Qələmimin dodağı öpdükcə ağ kağızı dünyaya göz açar sözlər. Səni istər, səni özlər Qələm tutan, şaxta vurmuş əsgər əli, İsidəsən nəfəsinlə, itə gözündə gözləri. Saçlarının buruğu girər əsgər yuxusuna, Silah səsi, barıt iyi... Həsrətəm yar qoxusuna. Günün ilıq şüasıyla ruhun ruhuma dolar, Qəlb kövrələr, ürək dolar. Səadətim damla-damla donar, donar gözlərimdə, Qüssə, kədər yuva salar, yurd eləyər sözlərimdə. Yolda qalıb əsgər gözü, səni istər, səni özlər, Vüsal istər, vüsal gözlər, vüsal gözlər. |
ayrılıq nə ağırmış,
Sənsizliyim səninlə keçən günlərimizi
köməyimə çağırmış.
Ağa rehim çox gözeldi şeir
Sêverek oxudum, üreğin qelemin susmasın
axşamın xeyir.................
Salam