0
Yorum
0
Beğeni
5,0
Puan
1216
Okunma
Atambalası, deyirsen bir divar var arada,
daş divar,
Anaları, ataları, balaları ayıran
daş divar,
İllərin, əsirlərin nişanı mamırlardan
həsrət qayıran daş divar,
Göz yaşların udub, udub
doyanmıyan, yaş divar.
Deyirsən ki, dağıla, parçalana,
kaş divar.
Gözlərinin önündəki bu daş divar
nədir ki?
İnsanların qəlbindəki daş hasardan
qorx, atambalası!
Günahlardan, günahlardan
qurdu onu adambalası.
Yetim malınan suvayır,
Göz yaşınan sulayır.
Özündən yekəyə
quyruq bulayır,
Yetinin, acizin
kökün budayır,
Böyüyür,
böyüyür bu divar.
Soyuyur,
soyuyur, buz kəsir,
Tanrıdan yuxarı qalxır bu divar,
Dörd tərəfin bağlayır,
edir onu da əsir.
Nə Peyğəmbəri tanıyar,
nə ALLAHı,
İnsanları ayıran
bu divardı VALLAHı.
5.0
100% (2)