AĞSAQQAL (Poema)
Lənğəri dağdan ağır kişiləri görmüşəm,
Söhbətinə qulaq verib, çox suallar sormuşam. Kəlmələri inci-dürr, ləli-gövhər misalı, Baxışları mehriban, ağzı xeyir dualı. Belə kişilər ilə durub-oturmaq da xoş, Ömürdən keçən günü, ili batırmaq da xoş. Mənliyini ölümdən üstün tutan çox olub, Belələri dünyada daim gözü tox olub. El qədrini canından əziz bilən sevilib, Daima xoş sözlərlə təriflənib, öyülüb. Ağsaqqalın hər sözü nəsihətdi qanana, Ağsaqqal da deyilmir özün mələk sanana. Elin dərdi-sərində can qoyandı ağsaqqal, Toy-bayramda, şənlikdə bir ümmandı ağsaqqal. Mənliyini qoruyarsa, ağsaqqala hörmətim var. Yoxsa elə ağardıb baş, ara qatan fitnəkarsa, Eləsinə nifrətim var! İnciməsin sözümdən qoy ağsaqqal dədələr, İndi ağsaqqal olub saç ağartmış gədələr. Sinəsini qabardıb girir xalqın gözünə, Ayıbına kor olub, fikir vermir sözünə. Hər yerdə meydan açır mənfəəti-xeyrinə, Millət üçün, xalq üçün beləsinin xeyri nə? Gözdən pərdə asmaqla xalqı aldatmaq olmaz, Ağsaqqal olan kəsdə yalanı satmaq olmaz. Ağsaqqallar yetişir əməli-niyyətiylə, Sevilir əziz kimi xalqına hörmətiylə. Eşq olsun belə nurlu, işıqlı adamlara! Heç bir zaman əyilməz çəkilsələr də dara. Zamanın sınağından üzü ağ çıxmaq hünər, Xain-xəbis dar gündə verdiyi sözdən dönər. *** Məclisdə otursa söz-söhbətiylə Ətrafa nur saçar nurlu ağsaqqal. İbrətli kəlmələr çıxar dilindən, Şər sözlərdən qaçar nurlu ağsaqqal. Ara qarışdırmaz, böhtan söyləməz, Bir kəsi incidib günah eyləməz, Qərəzli danışıb, axmaq toylamaz, Gözəl meydan açar nurlu ağsaqqal. Elin hər ağrısı ürəyindədir, Dərd-qəmin şələsi kürəyindədir, Haqqın bərəkəti çörəyindədir, Tükü tükdən seçər nurlu ağsaqqal. Kimsənin qəlbini yandırıb-yaxmaz, Etdiyi eyliyi başlara qaxmaz, Harama çevrilib bir an da baxmaz, Saf çeşmədən içər nurlu ağsaqqal. Ağsaqqal kəlməsi ilahi hikmət, Tanrı bəxş eyləyər ona naz-nemət, Qədir bilənlərdən görəndə hörmət, Lap canından keçər nurlu ağsaqqal. *** Əməlində dürüst olan Ağsaqqala hörmətim var. Pak etiqad, doğru sözlü Ağsaqqala hörmətim var. Hər bir yerdə sözü keçən, Haqdan badə alıb içən, Küskünlərin könlün açan, Ağsaqqala hörmətim var. Üz-gözündən nur tökülən, Kəlməsindən sir tökülən, Varlığından ar tökülən, Ağsaqqala hörmətim var. Əflatunam budur sözüm, Ağsaqqala qurban özüm. Ağsaqqalsız ağlar gözüm, Ağsaqqala hörmətim var. *** Elin xeyri-şərində ağsaqqal olar başda, Onun xeyir-duası bərəkətdi hər işdə. Ağır-batman salğarı bir örnəkdi bizlərə, Nəsihətli sözləri xoş diləkdi bizlərə. Dar gündə ümid yolu ağsaqqalda aranar, Eldə əmin-amanlıq ağsaqqalla yaranar. O nurudur allahın, yer üzündə hamıya, Yetər ki ağlı olan doğrusunu tanıya. Ağsaqqalın vüqarı ilahidən gəlibdir, Səbri-dəyanətini allahından alıbdır. Deyirlər ki, bir zaman İbrahim Xəlilullah Aynadakı şəklinə baxıb çəkdi dərin ah... Gördü düşüb saçına bir-neçə ağarmış dən, Sual etdi Allaha, ya Rəbb, ağarmış nədən, Mənim saşım-saqqalım, yoxsa qüsurmu etdim? Xidmətində nə isə bir günahamı getdim? Cavab gəldi o ulu dərgahdan həmin anda, Qəm yemə ey Xəlilim, hikmətim vardır bunda. O möminin vüqarı, insanın baş tacıdır, Mənim nəzərim onda, xalq onun möhtacıdır. Hər kim mənim yolumda ağardarsa saçını, Cəhənnəmə qoymaram, bağışlaram suçunu. O həzrət əl götürüb dua etdi allaha, Ya Rəbb, bu vüqarımı artır, artır bir daha. Bunu dedi ağsaqqal, Allahın peyğəmbəri, Oldu hər söhbətiylə bəşərin örnək əri. Çoxdur belə hekayə tarixin yaddaşında, Yazmış ulu babalar qranitlər daşında. Gəlişi gözəl sözlər deyil bunun heç biri, Hər hikmətin ömürdə vardır gözəl bir yeri. Həyat təcrübəsini ərməğan edib bizə, İnsanca yaşamağı gətirib şirin sözə. Arada kin-küdurət şeytanın hiyləsidir, Ona təkan verənlər iblisin köləsidir. Mehriban olmaq üçün yaradıb Allah bizi, Hökmü-fərman onundur, yaxşılıq onun izi. Bu izdə getmək üçün çalışmalı hər insan, Ağsaqqal mərtəbəsinə ucalar onda hər an! 10.12.08. |
Lənğəri dağdan ağır kişiləri görmüşəm,
Söhbətinə qulaq verib, çox suallar sormuşam.
Kəlmələri inci-dürr, ləli-gövhər misalı,
Baxışları mehriban, ağzı xeyir dualı.
Belə kişilər ilə durub-oturmaq da xoş,
Ömürdən keçən günü, ili batırmaq da xoş.
Mənliyini ölümdən üstün tutan çox olub,
Belələri dünyada daim gözü tox olub.
El qədrini canından əziz bilən sevilib,
Daima xoş sözlərlə təriflənib, öyülüb.
Ağsaqqalın hər sözü nəsihətdi qanana,
Ağsaqqal da deyilmir özün mələk sanana.
Elin dərdi-sərində can qoyandı ağsaqqal,
Toy-bayramda, şənlikdə bir ümmandı ağsaqqal.
Mənliyini qoruyarsa, ağsaqqala hörmətim var.
Yoxsa elə ağardıb baş, ara qatan fitnəkarsa,
Eləsinə nifrətim var!
Ağsaqqal öyüd-nəsihəti, xeyir - duası həmişə Sizinlə olsun, Əflatun müəllim. Özünüz də bir ağsaqqalsınız. Gözəl demiş, gözəl yazmışsınız. Qələminizə qüvvət!