İNCİMƏSİN (Gəraylı)
Səmt unudub, yol çaşanda,
Ayaq başdan inciməsin. Qəlbim coşub-çağlayanda, Gözlər yaşdan inciməsin. Haqq boğulsa qərəz-kindən, Dünya qopsa məhvərindən, Qartal küssə zirvəsindən, Göylər quşdan inciməsin. Allah verib huşu sərdə, Qayğılanıb düşmə dərdə. Namərd sözü dəysə mərdə, Ağlı çaşdan inciməsin. Əflatundan eşit düzü, Ataların deyib özü: Sayılmasa böyük sözü, Altı beşdən inciməsin. |
Okuya okuya doyamadımm.. Yüreğinize kaleminize sağlıkk.
Tebrikler, selamlar.