SEVƏNDƏ ÜRƏKLƏ SEVƏSƏN,GƏRƏK
***
Sevgi can yanğısı. Ruhdu,nəfəsdi, Dəyişir insanı o gələn kimi. Sevgi həvəs deyil, sönsün,oyansın... Kim bilir sevgini,mən bilən kimi. * Nurdu,işığını göz görər,ancaq, Ləzzətdi,ürəkdən dodağa düşər. Hərdən pıçıltısı qulaqlarına, Hərdən qızartısı yanağa düşər. * Sevgi gül baxçası cənnət bağında. Qoxuyan ən gözəl gülüdür onun. Sevgi od,alovdur, yandıran,yakan, Ehtiras soyumuş külüdür onun. * Sevgi ağlatmırsa... Gərək saxtadır. Sevgi ağrıtmırsa... Gərək saxtadır. Ona ağlamayan gözlər kor olsun, Sevgi ağrıtmayan ürək saxtadır. * Dörd mevsim günəşdi,üfüq tanımır, Səması gönüldür,mənzili ürək. Dil ilə,dodaqla sevməyə nə var, Sevəndə ürəklə sevəsən,gərək. *** |
Gərək saxtadır.
Sevgi ağrıtmırsa...
Gərək saxtadır.
Ona ağlamayan gözlər kor olsun,
Sevgi ağrıtmayan ürək saxtadır.
Bir ara demiştim ki,bu nasıl bir yazı türü.Tabi ki boş bulunmuştum ...
Sahte sevgiler uzak dursun gönlünüzden...
KUTLU/YORUM