3
Yorum
1
Beğeni
5,0
Puan
743
Okunma
Nə gəldi başıma,yazdım,
Baxmadım yaşıma,yazdım,
Düşəni döşümə,yazdım,
Yerdə qalanı yazmadım.
Nə bir hiylə,məkr eylədim,
Allahımı zikr eylədim,
Nə verdisə şükr eylədim,
Məndən alanı yazmadım.
Gözüm tutmadı gələni,
Baha satır,qəm,çiləni,
Yazdım eşqi,mən biləni,
Eşqə salanı yazmadım.
Tükürən hakkın üzünə,
Sonunda döyər dizinə,
Şair gönlüm bir xəzinə,
Hələ olanı yazmadım.
*
Tüstü tüstüyə calandı,
Fikrim göyləri dolandı,
Baxdım ki,hər şey yalandı,
Pozdum,yalanı yazmadım.
5.0
100% (2)