UZAKLARA GEDƏN YOL-SONA VAR,HƏLƏ
*****
Yağmurlar üzümə çıləmir mənim, Küləklər saçımı daramır,daha. Hər şeyin çarəsi olmasa belə, Çox şeyin çarəsi qalmış sabaha... Bircə bu yoxuşu ötə bilsəydim... Bu yolun sonundan bir əl uzanıb çəkir ətəyimdən özünə sarı. Dərisi qırışmış ələ baxıram, Gedim mi,qalım mı.Hələ baxıram. Yollar ac qurd kimi dalayır məni, Yollar barmağına dolayır məni. Uzakda hər insan bir nöqtə kimi, Uzakda hər nöqtə bir insan boyu. Əvvəli üç nöqtə,sonu üç sual, Əvvəli bir umud,sonu boş xəyal... . Salıb güzarımı bir göl başına, O dərin sulara dalaydım,keşgə. Bir sona qanadı taxıb əynimə yolu qanadıma alaydım,keşgə. . Aman,nə durmaq var,nə də dayanmaq. Günəş nazarını üfüqə əymiş, Yetişə bilsəydim şər qarışana... Bəzən,xərcləsən də bütün ömrünü, Döngələr dönülmür addımlarında. Bir günlük deyilmiş bu mənzil başı. Yollar yenilməyir addımlarına, Bəzən,xərclənsə də ömrün hər yaşı. . Səfərin acısı dabanlarımda, Acılar dabandan cana yeriyir. Yollar gözlərimdə hələ bitməmiş, Ömür dizlərimdə sona əriyir... *** P.S Yolçusuz yol yol olamaz, Yolçuyumsa,yolda gərək. Taqət dizdə,ağıl başda, Güc biləkdə,qolda gərək. * Umud öndə xəyal kimi, Ləngidim mi bulamıram. Yollar məndən bıksa,yenə, Mən yollarsız qalamıram. * Dönüb geri qayıtsam da, İzim mənnən dala düşür. Boz gölgəyəm bədənimə, Gölgəm mənnən yola düşür. * Yüz can versən bir xəzana, Yaprak sarı,yaprak xəzəl. Gönül,baxma hər deyənə, YOL DÜNYADIR.DÜNYA GÜZƏL! *** |
Dünya güzelse....
Şiirde dünya kadar güzeldi
Yüreğine sağlık selamlar............