VAXTINDA GƏLMƏDİM BU DÜNYAYA MƏN*** (kısa) Vaxtında gəlmədim bu dünyaya mən, Tələsdim,geçikdim...Bilə bilmədim. Nə qədər istək var içimdə,ölüb, Nə qədər yaşayır,hələ bilmirəm. * Vaxtında gəlmədim bu dünyaya mən, Baharı ötürdüm,yaza çatmadım. Arayıb bulunca xirman yerini, Çoxu payladılar,aza çatmadım... * Dünya fırlanırdı elədən belə, Bilməzdim günlərim hədər geçəcək. Onun ürəyindən zamanın oxu, Mənim ürəyimdən kədər geçəcək. * Tanrı daş atmışdı mən gələn günə... Dağın bu üzündə günəş batırdı. Göz yaşım çilənıb boz buludlara, Buludun ətəyi yerə çatırdı. * ...... * Vaxtında gəlmədim bu dünyaya mən, Gəldim ki...həyatın tadı dəyişmiş. Leyla da başqadı,Məcnun da başqa, Sevginin ünvanı,adı dəyişmiş. * Nə gözəl tapılır məni sevəsi, Nə gül,nə bir çiçək,üzüm,dərim mən. İllər də sədd qoyub eşqə,həvəsə, Bu yaşda çiçəyi kimə verim mən. * .... Vaxtında gəlsəydim bu dünyaya mən... Qədərə,qismətə sözüm yox,daha. Çiynimə o qədər günah yazılıb, Qayıdıb getməyə üzüm yox daha. *** |
mən,
Gəldim ki...həyatın tadı dəyişmiş.
Leyla da başqadı,Məcnun da
başqa,
Sevginin ünvanı,adı dəyişmiş.
*
Nə gözəl tapılır məni sevəsi,
Nə gül,nə bir çiçək,üzüm,dərim
mən.
İllər də sədd qoyub eşqə,həvəsə,
Bu yaşda çiçəyi kimə verim mən.
*
....
Vaxtında gəlsəydim bu dünyaya
mən...
Qədərə,qismətə sözüm yox,daha.
Çiynimə o qədər günah yazılıb,
Qayıdıb getməyə üzüm yox daha.
Çok güzeldi yine hocam severek okudum,
Yüreğin kalemin var olsun
Saygılar