"DÜNYA DÜZƏLMİR Kİ,DÜZƏLMİR,BABA"
***
Nə vaxt düzələcək dünya xaraba, Bəs niyə düzəlmir bu dünya,baba?! * Çörəyi bişirən unundan kəsir, Atını yemləyən dənindən kəsir, Biri ətəyindən,enindən kəsir, Neçə əl uzanır boşalmış qaba, "Dünya düzəlmir ki,düzəlmir,baba!" * Dün başda olanlar bu gün ayaqda, Bu gün başdakılar kefdə,damaqda, Mömin arxadadır,şeytan qabaqda. Tükürür hər yetən hakka,kitaba, "Dünya düzəlmir ki,düzəlmir,baba!" * Lüləsi pas atıb silahımızın, Üzü qaranlıqdır sabahımızın, Kadarı bilinməz günahımızın, Yeddi at qoşsan da getməz araba, "Dünya düzəlmir ki,düzəlmir,baba!" * Vahidəm,ilmi az,savadı dayaz, Bir əlində qələm,birində dəryaz, Səndən soruşuram,a Məmməd Araz, Nə vaxt düzələcək dünya xaraba, Bəs niyə düzəlmir bu dünya,baba?! *** |
***
Nə vaxt düzələcək dünya xaraba,
Bəs niyə düzəlmir bu
dünya,baba?!
*
Çörəyi bişirən unundan kəsir,
Atını yemləyən dənindən kəsir,
Biri ətəyindən,enindən kəsir,
Neçə əl uzanır boşalmış qaba,
"Dünya düzəlmir
ki,düzəlmir,baba!"
*
Dün başda olanlar bu gün ayaqda,
Bu gün başdakılar
kefdə,damaqda,
Mömin arxadadır,şeytan qabaqda.
Tükürür hər yetən hakka,kitaba,
"Dünya düzəlmir
ki,düzəlmir,baba!"
*
Lüləsi pas atıb silahımızın,
Üzü qaranlıqdır sabahımızın,
Kadarı bilinməz günahımızın,
Yeddi at qoşsan da getməz araba,
"Dünya düzəlmir
ki,düzəlmir,baba!"
*
Vahidəm,ilmi az,savadı dayaz,
Bir əlində qələm,birində dəryaz,
Səndən soruşuram,a Məmməd
Araz,
Nə vaxt düzələcək dünya xaraba,
Bəs niyə düzəlmir bu
dünya,baba?!
Boş ver hocam düzelmirse koy daxınık kalsın,
Çox haklısan ama gerisini boş ver............
Selam