İLK BAHAR EPİZODLARI
*****
(kısa) * ... Bizim Güllü nənəmiz corabını toxuyur, Sarısoltan şövqnən nəğməsini oxuyur, Xiyabanlar, bağçalar necə gözəl qoxuyur... Geçir soyuq,geçir qış,yaz gəlir,bahar gəlir, Cərgə cərgə düzülüb yenə durnalar gəlir. * Bənövşələr görünür kolların arasında, Bax,yarpızlar göyərir arxların tirəsində, Sular coşub çağlayır bəndində,bərəsində... Küləklər cuşa gəlib otları sığallayır, Erkən qalxan çobanlar atları sığallayır. * Alçalara göz düşüb,babam durub keşikdə, Kiçik bacım yelləyir qardaşımı beşikdə, Özgə hava var indi bizim evdə,eşikdə... Nar ağacı qızarır,məhsulun üzü gəlir, Evimizə bərəkət,bolluca ruzi gəlir. * ... Axşam oldu,gəlmədi nobatdan ağ danamız, Ruzimiz,umudumuz,nehrədə yağ danamız, Yığır süfrə başına hamımızı anamız, Kasalarda buğlanır bişirdiyi xörəyi, Ətir yayır hər yana tazə buğda çörəyi. * Gözəl gözəl qızların ətəkləri yellənir, Cavanlar cuşa gəlib lovğalanır,şellənir, Əmimoğlu dözməyib dədəsinə dillənir: -Ay dədə,vaxtım geçir,filankəsi al mənə, Axı,gülür camaat,gülür el,mahal mənə. * Qızlar yaman sataşır qonşu qızı Hürüyə, Yazıq qızı qoymurlar ağlamaqdan kiriyə. -Nişanlısı təptəzə yaylıq almış Pəriyə. Sən də oğlandan ay qız,təzə dikdaban istə, Almazsa,bir də getmə axşamlar bulaq üstə. * ... ... Ağcanın da qızına elçi gələn olarmış, Yazıq qız işləməkdən kömür kimi qaralmış, Anası alverçidən dünən təzə don almış, Baxt açana min şükür,açdı qızın baxtını, Kirvələri söz verib alsın cehiz taxtını. * ...Sabahdı.Günəş doğur üzü qəşərə sarı, Ləzgilərin itləri cumur kəhərə sarı. Döndərirəm kəhəri üzü köbərə sarı... Balığın iyi gəlir hələ düzdən,düzəndən, Bizə də nasib olar axçalıdan,sazandan. * Havasına,suyuna qurban olum bu yerin, Buranın yazı isti,buranın qışı sərin, Əlini sixar hər kəs ürəyi təmizlərin... Vahidin də yadına düşər geçən günləri, Sızlar xatirələrdə quş tək göçən illəri. *** |
Bizim Güllü nənəmiz corabını
toxuyur,
Sarısoltan şövqnən nəğməsini
oxuyur,
Xiyabanlar, bağçalar necə gözəl
qoxuyur...
Geçir soyuq,geçir qış,yaz
gəlir,bahar gəlir,
Cərgə cərgə düzülüb yenə
durnalar gəlir.
*
Bənövşələr görünür kolların
arasında,
Bax,yarpızlar göyərir arxların
tirəsində,
Sular coşub çağlayır
bəndində,bərəsində...
Küləklər cuşa gəlib otları sığallayır,
Erkən qalxan çobanlar atları
sığallayır.
*
Çok güzeldi beyitler severek okudum hocam,
Yüreğine sağlık
Selamlar.............