TAŞA SÖZ DEYİLMEZ,BABA
*****
Seçib sayılmayan başım, Dərddən ayılmayan başım, Şaha əyilməyən başım, Gədaya əyilməz,baba. * Sirri xuda cümlə faşdı, Can mənzili gözlə qaşdı, Bu Tanrının qəlbi daşdı, Taşa söz deyilməz,baba. * Sözü evlər yıxan kəsin, Hakkı başa qaxan kəsin, Baxtı qara çıxan kəsin Qapısı döyülməz,baba. * Hələ çoxdu qırılası, Ürəyindən vurulası, Bir qulaq var burulası, Parası yeyilməz,baba. * Günlər ömrün yaprağıdır, Yıllar solan saplağıdır, Toprak,Vətən toprağıdır, Öpülər,söyülməz,baba. *** baba-hem de Güney Azerbaycanda müracat,hitab gəda-kötü adam faş-agah,malum, mənzil-süre bəxt-kader döymək-dövmek * |