HAYAT YAPRAKLARI
********
İzimdəki o şübhələr Bir gün məni yaxalarsa, Sırtında qoşduğum kəhər, Uçrumlara yıxılarsa... * Günahlarım imanımdan Süzülərsə damla damla, Yağmurlarım göy üzündən Üzülərsə damla damla... * Bir sabah öz şəfəqini Günəşdən pay alamazsa, Barmaqlarım şarkısını Rübabında çalamazsa... * Şamın sarı işığında Bir eşq böylə can verərsə. Baxışların atəşindən Gönül yaram qan verərsə... * Ümidlərin qalan ömrü Beş barmağım sayı qədər. Yıxılarsam ayağına, "Əffet məni"-desəm,kader! * "Əffet məni"-desəm,Tanrım, "Əffet məni" yerim,göyüm, Yalnız qoydum sizi,fəqət, "Əffet məni" evim,köyüm. ***** ***** ...Bu həyatı çözəmədim, Çözəmədim əvvəlindən. Bir əlindən zəhər alıb, Şifa umdum bir əlindən. * Vicdanımın suratında Cizgilərin rəngi qara. Şübhələrim bədənimi Boğazımdan çəkir dara. * Bir də günəş doğacaqmı, Üfüqlərdən sabahlara. Tanrı qəfəs tikəcəkmi Tövbələrdən günahlara. * Bax o zaman dəftərimə Son nöqtəni qoyacağam. Doymadığım nəyim varsa, Hamısından doyacağam. *** kəhər-at yıxılmaq-düşmek barmaq-parmak göy-gök bədən-ten * |
********
İzimdəki o şübhələr
Bir gün məni yaxalarsa,
Sırtında qoşduğum kəhər,
Uçrumlara yıxılarsa...
*
Günahlarım imanımdan
Süzülərsə damla damla,
Yağmurlarım göy üzündən
Üzülərsə damla damla...
*
Bir sabah öz şəfəqini
Günəşdən pay alamazsa,
Barmaqlarım şarkısını
Rübabında çalamazsa...
*
Şamın sarı işığında
Bir eşq böylə can verərsə.
Baxışların atəşindən
Gönül yaram qan verərsə...
*
Ümidlərin qalan ömrü
Beş barmağım sayı qədər.
Yıxılarsam ayağına,
"Əffet məni"-desəm,kader!
*
"Əffet məni"-desəm,Tanrım,
"Əffet məni" yerim,göyüm,
Yalnız qoydum sizi,fəqət,
"Əffet məni" evim,köyüm.
*****
*****
...Bu həyatı çözəmədim,
Çözəmədim əvvəlindən.
Bir əlindən zəhər alıb,
Şifa umdum bir əlindən.
*
Vicdanımın suratında
Cizgilərin rəngi qara.
Şübhələrim bədənimi
Boğazımdan çəkir dara.
*
Bir də günəş doğacaqmı,
Üfüqlərdən sabahlara.
Tanrı qəfəs tikəcəkmi
Tövbələrdən günahlara.
*
Bax o zaman dəftərimə
Son nöqtəni qoyacağam.
Doymadığım nəyim varsa,
Hamısından doyacağam.
***
Çok güzeldi üstadım her zamanan ki gibiydi, severek haz alarak okudum,
Yüreğine kalemine sağlık, yürek sesin hiç susmasın.........
Saygılar selamlar