ŞAİR RAMİZ RÖVŞƏNƏ
*****
Göylərə daş atan oğlan, Ata-ata qaldın getdin. Göylər səni eşitmədi, Beləcə qocaldın getdin. * Çox da özünə güvənmə, Sən göylərdən balacasan. Daş üstünə çıxsan,yenə Elə belə qalacaqsan. * Az yan bu xalxın dərdinə, Xalxın balaları yaman. Gör necə pul çıxarırlar Sən göyə atdığın daşdan. * Səbrın yükünü dartmaqdan Boyun bircə qarış qaldı. Dərd üzünə sığal çəkdi, Yeri qırış-qırış qaldı. * Burax işi,burax gücü, Bu-son zəngdir çalınan. Gəl birlikdə tövbə edək, Nə din qalıb,nə də iman! * göy-gök çox-çok özünə-kendine balaca-küçük xalxın-halkın pul-para zəng-zil |
Ata-ata qaldın getdin.
Göylər səni eşitmədi,
Beləcə qocaldın getdin.
*
Çox da özünə güvənmə,
Sən göylərdən balacasan.
Daş üstünə çıxsan,yenə
Elə belə qalacaqsan.
*
Az yan bu xalxın dərdinə,
Xalxın balaları yaman.
Gör necə pul çıxarırlar
Sən göyə atdığın daşdan.
*
Səbrın yükünü dartmaqdan
Boyun bircə qarış qaldı.
Dərd üzünə sığal çəkdi,
Yeri qırış-qırış qaldı.
*
Burax işi,burax gücü,
Bu-son zəngdir çalınan.
Gəl birlikdə tövbə edək,
Nə din qalıb,nə də iman!
*
Çok güzeldi severek haz alarak okudum,
Yüreğine kalemine sağlık yürek sesin daim olsun,
Saygılar