1
Yorum
1
Beğeni
5,0
Puan
1115
Okunma
Güçüm yetmir...
Səmaların qapısını açmağa,
Həqiqəti,
haqq olanı ordan alıb qaçmağa.
Gücüm yetmir...
Olanları ipə sapa düzməyə,
Yalan nədir,
doğru nədir,bircə bircə çözməyə.
Gücüm yetmir...
Dənizlərdən bircə dalğa qoparım.
Alım göydən
buludları uzaqlara aparım.
Gücüm yetmir...
Yağmurların son ucunu bulum
mən.
Üfüqlərdən
üfüqlərə göyqurşağı olum mən.
Gücüm yetmir...
Dörd mevsimi bir bahara
döndərim.
Hər çiçəkdən
dəstə tutub sevgilimə göndərim.
Gücüm yetmir...
Özüm yazım taleyimi,baxtımı.
İllərimdən
geri alım o cavanlıq vaxtımı.
Gücüm yetmir...
Saçlarımın qarasını qaytarım.
Ötüb geçən
günlərimin sırasını qaytarım.
P.S
Gücüm yetən bir qələmdir,
Bir də ürək sözlərim.
Bir də bəyaz vərəqlərdə
Donub qalan izlərim.
*
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.