O YERİ KİMSE TANIMIR*** (uzaklara giden yol-6) * Durnaların uçan yeri, O yeri kimsə tanımır. Geden gedir,dönmür geri, O yeri kimsə tanımır. * Arılar orda ballanır, Buludlar yerə sallanır, Küləklər ora yollanır, O yeri kimsə tanımır. * Yalançının babası yox, Qurançının əbası yox, Dilənçinin libası yox, O yeri kimsə tanımır. * Cəmşidin camı ordadı, Əlifi,lamı ordadı, Kim bulmuş hamı ordadı, O yeri kimsə tanımır. * Mələklər şeytan daşlayır, Ov ovlayır,quş quşlayır, Dünya o yerdən başlayır, O yeri kimsə tanımır. *** külək-rüzgar əba-üst geyim Cəmşidin camı-doğuda efsane |
O yeri kimsə tanımır.
Geden gedir,dönmür geri,
O yeri kimsə tanımır.
*
Arılar orda ballanır,
Buludlar yerə sallanır,
Küləklər ora yollanır,
O yeri kimsə tanımır.
*
Yalançının babası yox,
Qurançının əbası yox,
Dilənçinin libası yox,
O yeri kimsə tanımır.
*
Cəmşidin camı ordadı,
Əlifi,lamı ordadı,
Kim bulmuş hamı ordadı,
O yeri kimsə tanımır.
*
Mələklər şeytan daşlayır,
Ov ovlayır,quş quşlayır,
Dünya o yerdən başlayır,
O yeri kimsə tanımır.
Çok güzeldi üstadım, severek haz alarak okudum,
Yüreğine kalemine sağlık, yürek sesin hiç susmasın......
Saygılar selamlar