HABERİN VARMI
********
Bizden göçən telli durna, Qalandan xəbirin varmı. Kimlər ayrı saldı səni Balandan,xəbərin varmı. * Hər bucağa qonma belə, Zalim ovçu qurmuş tələ, Oxlanarsan,uçma hələ, O yandan xəbərin varmı. * Mənim də məkanım yoxdu, Dağılıb,tikənim yoxdu, Dərdimi çəkənim yoxdu, Bu candan xəbərin varmı. * Xəyallar yollanır hara, Dualar heç gəlməz kara, Bəxt bizi qoymuş qumara Haçandan, xəbərin varmı. * Bəklə məni,qoşa uçaq, Əl tutuşaq,gönül açaq, Baş götürək burdan qaçaq, Bağrım qan,xəbərin varmı. * Dağlar qardı,aşaq geçək, Yollar dardı,qoşaq geçək, Qıy vuraq,savaşaq geçək, Dumandan xəbərin varmı. * Uçaq,durna,qardaş olaq, Buludlara yoldaş olaq, Qayıtmasaq qoy daş olaq, Bir zaman,xəbərin varmı. *** bala-evlad bəxt-kader qıy vurmaq-bağirmak, qan-kan xəbər-haber |