ŞAİR ÖLMƏ,YAŞA HƏLƏ
********
Dünya indi gözəlləşir, Şair ölmə,yaşa hələ. Aşk gönüldən aşıb daşır, Şair ölmə,yaşa hələ. * Sözlərin məlhəmdi,meydi, Dodaqlarda çalan neydi, Yaşamaq nə olan şeydi, Şair ölmə,yaşa hələ. * Dünya dar qəfəsdi sənə, Saraylar məhbəsdi sənə, Kim deyir ki,bəsdi sənə, Şair ölmə,yaşa hələ. * Çölün qışdı,için yazdı, Kağızlar hələ bəyazdı, Yüz il ömür sənə azdı, Şair ölmə,yaşa hələ. * Haqqı bulmaq sənə qalmış, Bulub almaq sənə qalmış, Tanrı olmaq sənə qalmış, Şair ölmə,yaşa hələ. * Söz qananın dədəsi-sən, Türkün Qorqud Dədəsisən, Gəldin,bir gün gedəsisən, Şair ölmə,yaşa hələ. * Ümid orda-uzaqdadı, Həzin bir səs qulaqdadı, Mutlu günlər qabaqdadı, Şair ölmə,yaşa hələ. *** hələ-hala məlhəm-ilaç ney-nefes enstrümanı bəs olmaq-yeterince söz qanan-anlayan səs-ün qabaqda-ileride,yarınlarda |
(Şair Vahid Sabahın “Şair ölmə,
yaşa hələ” şeirinə qarşılıqlı)
Nə qədər ki, saçlarına
Adda-budda dən düşməyib,
Nə qədər ki, üz - gözünə
Çöysüyübən çən çökməyib,
Ölmək nədi, yaşa hələ!
Bu dünya bir nağıl, yazdı,
Bir gözəldi işvə, nazdı,
Kam alarsan kaman, sazdı,
Yaşamağa yüz il azdı,
Azar görmə, yaşa hələ!
Nuh əyyamdan belə gəlib,
Torpaq udub, canlar gedib,
Xadim, xain, xanlar gedib,
Gedənlərə kim nə edib?
Elə demə, yaşa hələ!
Söz qananın qadasını
Qana – qana özüm allam.
Qanmazların köksü üstə
Köz basaram, kül, od sallam.
Qadan alım, yaşa hələ!
Deyirsən dünya qəfəsdi,
Gələn, gedən can, nəfəsdi,
Dirigözlü öldük, bəsdi,
Əndişə, təlaş əbəsdi,
Vahid yarat, yaşa hələ!
Nə qədər ki, atdığın ox
Toxunmayıb daşa hələ,
Nə qədər ki, meyil quşun
Qonub kamanqaşa hələ,
Şair ölmə, yaşa hələ!
~~~~~~~~~~~~~~~~~~~~~
03.01.2013-cü il