UZAKLARA GİDEN YOL 4
*****
Bir yol var ki,nə yaxın,nə uzaqdı, Gedənləri gedər,gedər,yorulmaz. Yolçuları dönüb gəlmir,nə vaxtdı, Ya qocadı,ya cavandı,sorulmaz. * Bu yol mənim gözlərimdən uzanır, İki nəfəs boyu vardı bu yolun. Tələsməyib gecikənlər qazanır, Yixilana eni dardı bu yolun. * Gedəmmirəm,göydən yerə daş gəlir, Tutun məni küləklərə sarıyın. Hər addımda yaş üstünə yaş gəlir, Məni yolun axırında arayın. *** |