YAĞIŞ YAĞIR PENCEREME
*****
...Yağış yağır pəncərəmə aram-aram, Yağış yağır; mən baxıram. Baxıram lap uzaqlara... Parça-parça,para-para buludların rəngi qara. Zirvələrin şiş ucları dəlir deşir buludları. Bir yol qaçır arxasınca buludların. Bir yuyumluq suya möhtac. Təkərlərin,təpiklərin, üfunətli ləpirlərin ucbatından gözünəcən toz içində. Ac-yalavac yalquzaq tək sanki,qaçır ov dalınca. Sağı zəmi,solu yonca. Zəmilər də,yoncalar da əl eyləyir buludların arxasınca. Bircə qurtum sudan ötrü boğaz çəkir buludlara. İnsaf hara,mürüvət hara... Daha heç kim öz varından bir qırıq da bağışlamır umanlara. Daha heç kim verdiyini ala bilmir, aldığını verə bilmir. Hamı,hər kəs bir sabahın ümidində- Bəlkə sabah ala bildim. Bəlkə sabah qaytardılar. İşıq ucu,ümidmi var? Məchul-məchul sabahların arxasınca sürünürük uma-uma,küsə-küsə, umanların yolu uzun, verənlərin yolu kəsə.. ...Yağış yağır pəncərəmə, yağış yağır aram-aram, qayğılıyam,nigaranam. Başım min cür fikirlərlə qalam-qalam mən sabahın ümüdilə yuxularam. *** yağış-yağmur aram-aram--yavaş təkər-lastik ləpir-iz yalquzaq-yalnız kurt yuxulamaq-uyumak |