UZAKLARA GİDEN YOL 1
(silsilə şeirlər)
* Bizim yolların kənarlarına ya daş düzərlər,ya da daş kimi...adamları. * Bu daşı yola kim qoyub, Bu daş mənə dəyən daşdı. Dədəmin başı ucuna Qoyduğum daşa qardaşdı. * Kimsə götürmür yerindən, Geçən üstündən atlanır. Bəlkə...mən götürüm atım. Atırsam,dizim qatlanır. * Göy salıb-günü doğanda, Dişinin dibindən düşüb. Bizi aldadıb qaçanda Tanrının cibindən düşüb. * Bu daş yolun pərsəngidi, Götürürsəm,əyilirəm. Bu daşın yiyəsi yaman, Götürmürsəm,döyülürəm. * Üzümüzün qarasıdır Baxtdan qara rəngi daşın. Bir gün haqqın təpiyindən Pozulacaq dəngi daşın... *** |
Dişinin dibindən düşüb.
Bizi aldadıb qaçanda
Tanrının cibindən düşüb.
*
Bu daş yolun pərsəngidi,
Götürürsəm,əyilirəm.
Bu daşın yiyəsi yaman,
Götürmürsəm,döyülürəm.
*
Üzümüzün qarasıdır
Baxtdan qara rəngi daşın.
Bir gün haqqın təpiyindən
Pozulacaq dəngi daşın...
***
Çok haklısın hocam, yüreğine kalemine sağlık,
Yürek sesin hep çağlasın............Saygılar selamlar