2
Yorum
0
Beğeni
5,0
Puan
573
Okunma
Bağdan üzdüm üzümü,
Tikan cırdı dizimi,
Haçan gözünə baxsam
İtirirəm özümü.
Saçı pərişan gözəl,
Yarama dərman gözəl,
Yum gözünü,qoy öpüm
Dodaqlarından gözəl.
Ağlımı alan gözəl,
Döşəyə salan gözəl,
Sən ki,Leyla deyilsən
Bu sevda yalan,gözəl.
Çiçəyəm,aldın məni,
Bağımdan çaldın məni,
Biçarə Məcnun kimi
Çöllərə saldın məni.
Xınayam,yax saçına,
Güləm,al tax saçına,
Baxtım qaramı-sorsan
Aynada bax saçına.
Bu sazı alammıram,
Naşıyam,çalammıram,
Qayıt gəl,qurban olum,
Mən sənsiz qalammıram.
*
5.0
100% (2)