Bir Yurdum Var İstanbuldan Başlayır
BİR YURDUM VAR
Bir yurdum var , İstanbuldan başlayır, Çini keçib Anqarada son verir. Bu arada çox düşmənlər işləyir. Bir yurdum var, yüz illərdir can verir. Bir atanın oğulları bu yurtda, Bir-birnə arxa durub dayanmır. Dan qızarır görünməyir bozqurtda, Millət yatır, zaman keçir oyanmır. Biri gedib yad oğluna söykənir, Aciz qalan qardaşını bəyənmir. Birinin də güc-qüvvəsi tükənir, Qardaşını döyür, yadı döyənmir. Bir yurdum var od qalanıb üstündə, Qardaşlarsa pərən-pərən olubdur. Bir yurdum var çox durublar qəsdində, Min illərlə boşalıbdır, dolubdur. Bir yurdum var söndürülüb manqalı, Bozqurduda yaralanıb ulamır, Bir yurdum var birlik adlı tonqalı, Qazı, nefti çoxdur ancaq qalanmır. Bir yurdum var , bir yolu var birliyin, Bir amalla, bir zəncirə sarılsın. Bir yurdum var Turan adlı ərliyin, Böyük-böyük sərhədləri qurulsun. Cismani birliyə zaman gərəkdir, Mənəvi birliyə vaxt lazım deyil. Birliyin təməli böyük ürəkdir, Kimdə döyünmürsə o, bizim deyil. |