DUALARIM 1
*****
İlahi,sən məni çətinə salıb, Dostun qapısına pula göndərmə. Əsil kişilərin qulu olaram, Nakişi yanında qula döndərmə. * Ağrılı gecəmi səhərə döndər, Qulam əməyimi bəhərə döndər, Dostun ağızında zəhərə döndər, Düşmən ağızında bala döndərmə. * Sözümə qüvvət ver,silahım olsa, Qoluma qüvvət ver,külahim olsa, Qiyamət günündə günahım olsa, Cənnət qapısından dala döndərmə. * Hikmət dəryasında üzən qəvvasam, Zəmzəmlə doludu mənim mey kasam. Alimin getdiyi yolu tutmasam, Cahilin getdiyi yola dondərmə. * Vahidəm,şükrünə aludəyəm mən, Təkcə,cansağlığı umuram səndən. Neynəyim,saçıma vaxtsız saldın dən, Yazığam, özgə bir hala döndərmə. *** |
Qoluma qüvvət ver,külahim olsa,
Qiyamət günündə günahım olsa,
Cənnət qapısından dala
döndərmə.
*
Hikmət dəryasında üzən
qəvvasam,
Zəmzəmlə doludu mənim mey
kasam.
Alimin getdiyi yolu tutmasam,
Cahilin getdiyi yola dondərmə.
*
Vahidəm,şükrünə aludəyəm mən,
Təkcə,cansağlığı umuram səndən.
Neynəyim,saçıma vaxtsız saldın
dən,
Yazığam, özgə bir hala döndərmə.
***
Çok güzeldi severek okudum,
Kalemine yüreğine sağlık............Saygılar selamlar