BİTMƏYƏN GECƏLƏR 4
*****
(silsilə şeirlər) Yuxum ərşə çəkilib, Gecələri yatmıram. Bir dünya var,sonuna Ha gedirəm çatmıram. * Yumuram,o açılır, Sözə baxmır gözlərim. Nə zamandır anlayan Gözə baxmır gözlərim. * Səbr gəlir,tək gəlir, Allah düşür yadıma. Mələklər çoxdan yatıb, Şeytan çatır dadıma. * Birce qədəh al şərab Əridərmi bu qarı. Tövbə qapısı açıq, Əllərim göyə sarı. * Vurnuxuram quş kimi, Qəfəsim dar,yerim dar. Yarıb keçir qəfəsi Gözümdəki yuxular. * Məndən bir addım yana, Zülmət alır cənginə. Buludların üzündə Dönür səma rənginə. * Tüstü kimi qarışır Buludların göçünə. Yalvarıram,qayı tsın Gözlərimin içinə... *** |