BİR GÜN...O GÜN GƏLƏCƏK
***
Bir gün... Həmin o gün gələcək. Bizim olacaq o gün. Çeşmələrdən sızan büllur damlalar çayları coşduracaq, qoşacaq bir dəniz yolunda, sonsuzluğa doğru... * Bir gün... Bizim də qağayılar çarpacaq qanadlarını mavi dənizin sakit dalğalarına... * Bir gün... Bizim bülbüllər də dar qəfəslərdən çıxıb,uçaçqlar dünyanın o başına- hələ qızılgüllərin solmadığı yerlərə, bitməyən sevdaların həzin nəğmələrini oxumağa... * Bir gün... Bizim sabahlar da açacaq. Açaçq şəfəqlərin qızılı rənginə. Dupduru jalələrin gözündə bir dünya doğaçq aləlvan. Sabahın səpsərin yellərində daranacaq saçımın bəyaz telləri. Açılacaq pəncələr taybatay günəşin sıcaq üzünə, bir daha batmasın deyə... * Yağmurlar da yağacaq bir gün... Yağacaq torpağın bərəkətinə. Gülçiçəklər açacaq qoxusu sevdalı qızların nəfəsi kimi. Dodağıma düşən damlalardan sönəcəyəm içimin atəşiylə... * Bəyaz atlı oğlan da qayıdıb gələcək bir gün... Gerçek olacaq masallar, hüdudsuz çollərin yamyaşıl otları kimi. Huzur gətirəcək dünyaya ədalətin zəfərində. Bir Leyla masalı da bitəcək, yarı qalmış sevdaların xətrinə... * Bir gün... Tanrı da dönəcək bizə tərəf. Soracaq hesabını şükürlərin, soracaq əyilən tərəzilərin mizanını, hakkın əmanətini, gözyaşlarına dönüşən iztirabların nədənini soracaq... * O gün bəlkə... Mən də mən oldum- İNSAN KİMİ. Özgürlüyün mutluluğunu bayram etdi RUHUM göz yaşlarında... * Bir gün... Həmin o gün gələcək. Bizim olacaq o gün! *** |
Tanrı da dönəcək
bizə tərəf.
Soracaq hesabını
şükürlərin,
soracaq əyilən
tərəzilərin mizanını,
hakkın əmanətini,
gözyaşlarına dönüşən
iztirabların nədənini
soracaq...
*
O gün bəlkə...
Mən də mən oldum-
İNSAN KİMİ.
Özgürlüyün mutluluğunu
bayram etdi
RUHUM
göz yaşlarında...
*
Bir gün...
Həmin o gün gələcək.
Bizim olacaq o gün!
***
İnşallah üstad o gün bizim olaçak.............
Gzeldi severek okudum yüreğine kalemine sağlık
Saygılar selamlar...............