0
Yorum
0
Beğeni
0,0
Puan
782
Okunma
Təqib edirlər...
İnsanlığı və
onun içində olan
hər şeyi.
Ruhların sardığı
bədənlərin hər əzasında
bir bəkçi qoymuşlar
sanki.
Hər an hər anı
təqib edirlər.
Donmuş beyinlərdən
qopan fikirlərin sınıları
belə çizilmiş.
Bir addım sağa-
FƏLAKƏT.
Bir addım sola-
ÖLÜM.
Saxlandığın hər yerdə
gözlər,
Bulunduğun hər yerdə
qulaqlar var.
Dəlikləri üfunət qoxan
burunlarını
soxduqları yerdən
şeytan,hətta xəbərsiz.
Yataqda belə
uyumağa fürsət yox.
Sıyrılmış qılınc
kimi aranızdadırlar.
Dilinin altına
qoyduğun valerian
tabletində ola bilirlər.
İçdiyin suyun
bir damlasında,
yediyin çörəyin
qırıntılarında, bəlkə...
Rahatxanaların gözlüklərində
bir casus gözü
baxır,elə bil.
Abır və həyanın,
insan adına ləyaqətin
lüğətlərdə qaldığına
təəccüb edirəm.
Son dayanacağa az,
lap az qalmış,
hələ də təqib edirlər.