YENƏ BAHAR GƏLƏCƏK
*******
Yenə bahar gələcək. Qayıdacaq durnalar. Dönəcək yuvasına qaranquş yavruları. Yenə bahar gələcək bir göy gurultusunda, Çaxacaq şimşəkləri, yağacaq yağmurları. . Yenə bahar gələcək. İydə çiçəklərinin ətrinə gələcək o, yonca çiçəklərinin ətrinə gələcək o, Boynu bükük bənövşə xətrinə gələcək o. . Yenə bahar gələcək. Süsənlər dolaşacaq sünbüllərin boynuna, Çağıracaqlar məni sevdiyim qonşu qızın nəvəsinin toyuna. . Yenə bahar gələcək. Bəmbəyaz kəpənəklər tər gülü axtaracaq, Bacılar qardaşına sevgili axtaracaq. . Yenə bahar gələcək. Gündüz günəş gecələr ay işığı doğanda qayıdacaq o bahar, Çəmənlərə,çöllərə yaz yağmurları yağanda qayıdacaq o bahar. Ağlayan söyüdlərin salxımı sallanda, Çöllərdə lalələrin yanağı allananda qayıdacaq o bahar. Qayıdacaq yamyaşıl, qayıdacaq aləlvan, Doğacaq yeni həyat, dönəcək yeni zaman. . Əski bir foto kimi gənclik xatirələrim... Hələ də oxunmamış yazdığım o məktublar... İkinci mərtəbənin pərdəsiz pəncərəsi, əsrarəngiz o nəğmə, bir də piano səsi... bir daha dönməyəcək. Amma,bahar gələcək. . Yenə bahar gələcək, qayıdacaq durnalar, dönəcək yuvasına qaranquş yavruları. Erkən açan çiçəklər erkən də saralacaq, bizi aparan yollar bir az daralacaq, yolu asta gedənlər bir az da yorulacaq... Amma,bahar gələcək, yenə bahar gələcək. *** göy-gök bənövşə-menekşe nəvə-torun kəpənək-kelebek allanmaq-kırmızılaşmak mərtəbe-kat |
Qayıdacaq durnalar.
Dönəcək yuvasına
qaranquş yavruları.
Yenə bahar gələcək
bir göy gurultusunda,
Çaxacaq şimşəkləri,
yağacaq yağmurları.
.
Yenə bahar gələcək.
İydə çiçəklərinin
ətrinə gələcək o,
yonca çiçəklərinin
ətrinə gələcək o,
Boynu bükük bənövşə
xətrinə gələcək o.
.
Yenə bahar gələcək.
Süsənlər dolaşacaq
sünbüllərin boynuna,
Çağıracaqlar məni
sevdiyim qonşu qızın
nəvəsinin toyuna.
.
Yenə bahar gələcək.
Bəmbəyaz kəpənəklər
tər gülü axtaracaq,
Bacılar qardaşına
sevgili axtaracaq.
.
Yenə bahar gələcək.
Gündüz günəş gecələr
ay işığı doğanda
qayıdacaq o bahar,
Çəmənlərə,çöllərə
yaz yağmurları yağanda
qayıdacaq o bahar.
Ağlayan söyüdlərin
salxımı sallanda,
Çöllərdə lalələrin
yanağı allananda
qayıdacaq o bahar.
Qayıdacaq yamyaşıl,
qayıdacaq aləlvan,
Doğacaq yeni həyat,
dönəcək yeni zaman.
.
Əski bir foto kimi
gənclik xatirələrim...
Hələ də oxunmamış
yazdığım o məktublar...
İkinci mərtəbənin
pərdəsiz pəncərəsi,
əsrarəngiz o nəğmə,
bir də piano səsi...
bir daha dönməyəcək.
Amma,bahar gələcək.
.
Yenə bahar gələcək,
qayıdacaq durnalar,
dönəcək yuvasına
qaranquş yavruları.
Erkən açan çiçəklər
erkən də saralacaq,
bizi aparan yollar
bir az daralacaq,
yolu asta gedənlər
bir az da yorulacaq...
Amma,bahar gələcək,
yenə bahar gələcək.
***
göy-gök
bənövşə-menekşe
nəvə-torun
kəpənək-kelebek
allanmaq-kırmızılaşmak
mərtəbe-kat
Çok güzeldi severek okudum, yüreğine kalemine sağlık
Selamlar