SÖZ
............
O söz ki, yazılmır,onu yazmıram, Deyirəm,qoy qalsın söz lüğətində. O söz ki,qələmə tuş gəlir,onun Yeri var yazanın öz lüğətində. * Hər sözü hər sözə calamaq olmur, Onu ağac kimi əkəsən gərək. Ləldi,cəvahirdi ,öz mizanı var, Yerinə qoyanda çəkəsən gərək. * Bircə zərrə belə geri düşəndə, Dəyişir yaranış öz mənasını. Saitin,samitin biri düşəndə Kökündən itirir söz mənasını. .......... .......... Söz-alov,söz-at əş,söz-ocaq,söz - od, Nə qədər yansa da közü qalacaq. Nə sərvət qalacaq,nə para,nə pul, Qalanda,şairin sözü qalacaq. *** |
............
O söz ki, yazılmır,onu yazmıram,
Deyirəm,qoy qalsın söz lüğətində.
O söz ki,qələmə tuş gəlir,onun
Yeri var yazanın öz lüğətində.
*
Hər sözü hər sözə calamaq olmur,
Onu ağac kimi əkəsən gərək.
Ləldi,cəvahirdi ,öz mizanı var,
Yerinə qoyanda çəkəsən gərək.
*
Bircə zərrə belə geri düşəndə,
Dəyişir yaranış öz mənasını.
Saitin,samitin biri düşəndə
Kökündən itirir söz mənasını.
..........
..........
Söz-alov,söz-at əş,söz-ocaq,söz -
od,
Nə qədər yansa da közü qalacaq.
Nə sərvət qalacaq,nə para,nə pul,
Qalanda,şairin sözü qalacaq.
***
Çok güzeldi yine severek okudum yüreğine sağlık
Yürek sesin hiç susmasın
Saygılar selamlar...............