MƏHƏBBƏTİ QAYTARIN MƏNƏ
*****
Qoy atım içimdən nəyim var çölə, Təkcə məhəbbəti qaytarın mənə. Ölsəm də yolunda mən bilə-bilə, Təkcə məhəbbəti qaytarın mənə. * Alın,şəkər kimi dilimə qoyun, Zəliləm,fəqirəm ,əlimə qoyun, Bir ağız oxusam zilimə qoyun, Təkcə məhəbbəti qaytarın mənə. * Nəyimə gərəkdir var məhəbbəti, Qəlbimdə anamın var məhəbbəti, Övlad məhəbbəti,yar məhəbbəti- Təkcə məhəbbəti qaytarın mənə. * Ağlımı şaşırmaz kimsələr belə, Zəmzəm bulağında çimsələr belə, Bu qara torpağa gömsələr belə Təkcə məhəbbəti qaytarın mənə. * Heç nəsib olmadı haqdan butası, Bircə qırıq bəsdi mənə çatası, Min əzab versə də dərdi,xatası, Təkcə məhəbbəti qaytarın mənə. * İstər dəli kimi baş alsın gəlsin, Durna qatarında quş olsun gəlsin, İstər gözlərimdə yaş olsun gəlsin, Təkcə məhəbbəti qaytarın mənə. *** |