GERİYƏ BAXDIM
Qanrıldım geriyə baxdım,
Çağırdı izlərim məni. Ha getdim sona yetmədim Aldatdı gözlərim məni, *** Daş atdım şeytana sarı, Çovudu imana sarı. Yüyürdüm gümana sarı Tutmadı dizlərim məni. *** Gül əkdim, tikan iylədim, Bülbültək fəğan eylədim, Çaşdım düzünü söylədim İncitdi sözlərim məni. *** Oyaq qalan gecələr tək, Bir mən,bir də xəstə ürək. Çağırdım gəlmədi kömək Atdı əzizlərim məni. *** Bu dünyanın min rəngi var, Mizanın pərşəngi var. Mənimlə çoxlu cəngi var Axtarır özləri məni. |
Çağırdı izlərim məni.
Ha getdim sona yetmədim
Aldatdı gözlərim məni,
***
Daş atdım şeytana sarı,
Çovudu imana sarı.
Yüyürdüm gümana sarı
Tutmadı dizlərim məni.
***
Gül əkdim, tikan iylədim,
Bülbültək fəğan eylədim,
Çaşdım düzünü söylədim
İncitdi sözlərim məni.
***
Oyaq qalan gecələr tək,
Bir mən,bir də xəstə ürək.
Çağırdım gəlmədi kömək
Atdı əzizlərim məni.
***
Bu dünyanın min rəngi var,
Mizanın pərşəngi var.
Mənimlə çoxlu cəngi var
Axtarır özləri məni.
Çok güzeldi üstadım yüreğine kalemine sağlık beğeni ile okudum
Yürek sesin hiç dinmesin. Saygılar selamlar olsun ata yurduma.............