SEVDA DERDI
*****
Bu qız məni yaman eşqə salıbdı, Əndamı ağlımı başdan alıbdı, O bal dodağında gözüm qalıbdı, * Qismətim olarsa,öpərəm bir gün, İtirsəm axtarıb taparam bir gün. * Gönlümün quşunu uçuran odur, Gecələr yuxumu qaçıran odur, Həsrəti su kimi içirən odur, * Hicrindən əriyən canıma yazıq, Sevdiyim günümə,anıma yazıq. * Kəməri sallanır incə belindən, Umudum asılıb qara telindən, Baş alıb gedərəm bir gün əlindən * Dalımca gəlsə də dönmərəm geri, Dərdimdən ölsə də dönmərəm geri. ****** |
Kutladım yürekten
Ömrüne bereket
Sağlıcakla dost