SƏN VARKƏN BU ŞƏHƏRDƏ
Dünya mənə yetməyir
Sən varkən bu şəhərdə. Ayaqlarım getməyir Sən varkən bu şəhərdə. Sokaklar sıxır məni, tənhalıq yıxır mənı, gecələr heç uyutmur, gündüzlər heç ovutmur sən varkən bu şəhərdə. Bu özgə bir yaraşıq, pəncərəndə ağ işıq, fikirlərim dolaşıq sən varkən bu şəhərdə. Dəniz sakit,dəniz sus. Dayanmısan sahildə bəyaz göyərçin kimi. Öpür yanaqlarını, gah xəzri,gah gilavar. Səni öpməyə nə var. Bütün xətlər açıqdır, susmayır telefonlar sən varkən bu şəhərdə. Gözlər gözgözə gəlir, təbəssumlər havayı, bulutlar örtmür ayı. İşıqlar heç sönməyir, gələn geri dönməyir sən varkən bu şəhərdə. Ovucumu açıram, göydən üç alma düşür. Biri sənin adına, biri mənim adıma. Ölüm düşmür yadıma sən varkən bu şəhərdə. Bahar geçir,yaz gəlir, fələyin ağızından gündə bir avaz gəlir, dünya mənə vaz gəlir sən vaqkən bu şəhərdə. Mənimdir göy dənizə ən tezdən doğan səhər, mürgüləyən ləpələr. Mənimdir bütün şəhər, sən varkən bu şəhərdə, sən varkən bu şəhərdə. * |